Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

24 oktyabr 2023 | 10:25

Son illər Goranboyda aparılan abadlıq və yenidənqurma işləri rayon mərkəzinin simasını tamamilə dəyişmişdir. Şəhərdə yeni park və xiyabanlar salınmış, küçələrin abadlaşdırılması, asfaltlaşdırılması  və yaşıllığın salınması daha da genişləndirilmiş, küçələrdə müasir işıqlandırma təmin edilmişdir. İndi rayon mərkəzində elə bir küçə tapmaq olmaz ki, orada yenidənqurma və abadlıq işləri aparılmasın. Hazırda şəhərin  Rəsul Rza, Cəfər Cabbarlı və Civəzadə küçələrində əsaslı  tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Küçələrə  yeni səki daşları və bardürlər düzülür, gecə işıqlandırmasını təmin etmək üçün dayaqlar qurulur, yeni asfalt döşənir, gül kolları əkilir. Rayon rəhbərliyi tez-tez abadlıq işləri aparan inşaatçıların yanında olur,  işlərin keyfiyyətlə aparılması və digər küçələrdə görülməsi nəzərdə tutulan işlərlə  bağlı tapşırıq və tövsiyələrini verir. Ümumilikdə Goranboy şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Qısa vaxt ərzində əksər küçələrə asfalt döşənərək abadlaşdırılmışdır.

Keçidlər