Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

09 noyabr 2026 | 10:25

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Goranboy rayon Bayraq Muzeyində məktəblilərin iştirakı ilə tədbir keçirildi. Tədbir çərçivəsində şagirdlərə Azərbaycan Dövlət Bayrağının yaranma tarixi, üçrəngli bayrağımızın rəmzlərinin ifadə etdiyi mənalar, onun müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolu və dövlət müstəqilliyimizin bərpasından sonra dövlət bayrağı kimi təsdiq olunması barədə ətraflı məlumat verildi. Həmçinin bayrağımızın xalqımızın milli kimliyini, azadlıq və müstəqillik ideallarını, milli birliyini və dövlət suverenliyini təcəssüm etdirdiyi diqqətə çatdırıldı. Məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər