Goranboyda, “8 noyabr Zəfər Günü” və “Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı, ağacəkmə aksiyası təşkil olundu
08 noyabr 2024 | 10:24
Goranboy şəhərində, “8 noyabr Zəfər Günü” və “Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı, Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin həyətində yeni salınmış İstirahət Parkında təşkil olunan ağacəkmə aksiyasında, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin bir qrup əməkdaşları iştirak etdilər.