Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 8 Noyabr – Zəfər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi ehtiramla yad edildi

08 noyabr 2026 | 15:01

8 Noyabr – Zəfər Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olundu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, ölkənin hərtərəfli inkişafı və güclü ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətləri bir daha ehtiramla xatırlandı. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyuldu.

 

Keçidlər