Goranboyda “8-noyabr-Zəfər Günü” ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir.
07 noyabr 2023 | 12:27
“8-noyabr-Zəfər Günü” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun və Goranboy şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy şəhəri Heydər Əliyev Parkında rəsm və əl işləri sərgisi keçirildi, məktəblilərin ifasında musiqi və rəqs nümunələri nümayiş etdirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçsı Məhərrəm Quliyev, aidiyyəti təşkilatların rəhbərləri və əməkdaşları, bir qrup şəhid ailələri, qazilər və ictimai fəallar iştirak etdilər.