Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Xatirə Kompleksi ziyarət olundu.
08 noyabr 2024 | 15:36
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisin deputatı Bədəl Bədəlov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin fəalları, “8 noyabr-Zəfər Günü” ilə bağlı, Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər, şəhidlərimizin əziz xatirələri etiramla anıldı.