Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı, əl işləri və rəsm sərgisi, müxtəlif idman nümunələri, ədəbi-bədii kompozisiyalar, folklor və milli kulinariya nümunələri nümayiş etdirildi.
“8 noyabr-Zəfər Günü” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy şəhəri Heydər Əliyev parkında, məktəblilərin təqdimatında əl işləri və rəsm sərgisi, müxtəlif idman növləri üzrə göstərişlər, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, gənclər evinin təqdimatlarında ədəbi-bədii kompozisiyalar, mədəniyyət evlərinin təşkilatçılığı ilə folklor və milli kulinariya nümunələri nümayiş etdirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin fəalları iştirakı etdilər.