Goranboyda “5 oktyabr–müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə, “5 oktyabr-müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun məsul şəxsləri, təhsildə fərqlənən bir qrup müəllimlər, Şəhid anaları və Qazilər iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksində davam etdirildi. Tədbirdə çıxışı zamanı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə, Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edən icra başçısı Məhərrəm Quliyev, son illərdə rayonumuzda 41 məktəb binasının yenidən tikildiyini və ya əsaslı təmir edildiyini vurğuladı. Tədbirdə, təhsildə fərqlənən bir qrup müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.








