Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirildi.

31 mart 2023 | 15:37

 “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə tədbirlərin keçirilməsi məqsədi ilə Goranboy RİH-nin Tədbirlər Planına uyğun olaraq, YAP rayon təşkilatının inzibati binasında “31 mart Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə, RİH-nin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının idarə heyəti və bir  qrup  rayon fəalları, ziyalılar və gənclər iştirak etdilər. Tədbir iştirakçıları  31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış oldular, sonra tədbir akt zalında dəyirmi masada davam etdirildi. Öncə, Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və bütün şəhidlərimizin xatirələri  bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev bildirdi ki,  1828-ci il Türkmənçay müqaviləsindən sonra, İran və Rusiya dövlətləri tərəfindən ermənilərin Azərbaycan coğrafiyasına köçürülməsi siyasəti həyata keçirildi. XIX əsrin sonlarına kimi davam edən köçürülmə siyasəti ilə əzəli Azərbaycan torpaqlarında mənfur erməni vandalizminin də əsası qoyulmuş oldu və zaman-zaman azərbaycanlılara qarşı genosidlər, soyqırım və terror aktları həyata keçirildi. Onminlərlə azərbaycanlının  qətlə yetirildiyi Mart soyqırımı - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və  Bakı quberniyasının müxtəlif bölgələrində, ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSalyanZəngəzurQarabağ və  Naxçıvanda Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın, soyqırım idi. Bu soyqırım aktına ilk siyasi və hüquqi qiymət Xalqımızın Ümummilli Lideri  Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyevin  26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Keçidlər