Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı, tədbir keçirildi.

31 dekabr 2022 | 11:46

Goranboy şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2023-cü ilin gəlişi ilə bağlı, tədbir  keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və  torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən hərtərəfli uğurlu siyasi və sosial-iqtisadi əməli tədbirlər  nəticəsində,  2022-ci ilin ölkəmizdə bütün sahələrdə, o cümlədən rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı ilə bağlı  böyük nailiyyətlərin əldə olunduğunu bildirən İcra Başçısı Məhərrəm Quliyev bütün  Goranboyluları, 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2023-cü ilin gəlişi ilə bağlı, təbrik etdi. Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və  məktəblilərin ifasında ədəbi-bədii proqram,  idmançılarımızın idman göstəriciləri  və gənc rəssamaların əl işlərindən ibarət rəsm sərgisi  və digər sənət nümunələri nümayiş etdirildi. 

Keçidlər