Goranboyda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı, şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi.
27 dekabr 2022 | 17:12
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı Goranboy rayon Olimpiya İdman Kompleksində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak etdi. İcra Başçısı şəhid övladlarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı, təbrik etdi. Şəhid övladları üçün yeni il yolkası ətrafında bayram şənliyi keçirildi, Yeni İlin əsas simvolik personajı Şaxta Baba tərəfindən uşaqlara bayram hədiyyələri təqdim edildi.