Goranboyda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər davam edir
Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy nümayəndəliyinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon Komitəsinin iştirakı ilə Qızılhacılı qəsəbə Mədəniyyət Evində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi. Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığı qeyd olundu. Çıxışlarda Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin şərəfli döyüş yolundan, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıqdan bəhs edildi. Tədbir çərçivəsində Vətən müharibəsində şəhid olmuş qəhrəmanların şəxsi geyim və əşyalarından ibarət sərgiyə baxış keçirildi. Sərgidə şəhidlərin şəxsi əşyaları, hərbi geyimləri və onların həyat və döyüş yolunu əks etdirən müxtəlif eksponatlar nümayiş etdirildi.








