Goranboyda 27 Sentyabr – Anım Günü ilə əlaqədar sərgi keçirildi
26 sentyabr 2026 | 15:49
Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy nümayəndəliyinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon Komitəsinin iştirakı ilə Heydər Əliyev parkında 27 Sentyabr – Anım Gününə həsr olunmuş foto, rəsm və kitab sərgisi keçirildi.








