Goranboyda “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbiri keçirildi
“27 Sentyabr – Anım Günü” ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müxtəlif idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ilə Goranboy Şəhidlər Xatirə Kompleksində keçirilən ümumrayon tədbirdə Kompleksinin önünə gül dəstələri düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxundu. Daha sonra tədbir iştirakçıları şəhidlərin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış keçirdilər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri və qazilərlə görüşüb onların qayğı və problemləri ilə maraqlandı Tədbir çərçivəsində Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.








