Goranboyda, “27 sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirildi.
Goranboyda, “27 sentyabr – Anım Günü” ilə bağlı Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi. Erməni hərbi birləşmələrinin Vətənimizə qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri vərəhbərliyi altında, işğalaltındak ıtorpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən Müharibəsinə başlanmasından 4 ilötür. Bununla bağlı, Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayonun digər rəhbə rşəxsləri, Şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə Kompleksini ziyarətetdi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Tədbirdə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azadlığı uğrunda, Rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı 44 günlük Şanlı Vətən müharibəsi və 19 sentyabr 2023-cü iltarixində Şanlı Ordumuzun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatları barədə danışan İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, artıq ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı.