Goranboyda “27 sentyabr –Anım Günü” ilə bağlı ağacəkmə aksiyası keçirildi
27 sentyabr 2025 | 11:32
Goranboyda, “27 sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy şəhərində ağacəkmə aksiyası keçirildi. Aksiyada, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və yerli bələdiyyələr fəalları iştirak etdilər.








