Goranboyda, “27 sentyabr - Anım Günü” ilə bağlı, ağac əkini aksiyası keçirildi.
27 sentyabr 2023 | 15:15
Goranboyda, “27 sentyabr - Anım Günü” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy şəhərində ağac əkini aksiyası keçirildi. Aksiyada, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin fəalları iştirak etdilər.