Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi

25 iyun 2026 | 17:23
Goranboy rayon İcra Hakimiyyəti və Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, müasir və peşəkar ordunun formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl islahatlardan və əldə olunan uğurlardan bəhs ediblər. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu maddi-texniki təminatı, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildiyi bildirilərək vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər ordumuzun qüdrətini, xalqımızın birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirib.
Keçidlər