Goranboyda, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə İcra Başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdırdı. Dövlət qulluğunda fərqlənən bir neçə əməkdaşa rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.