Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 22 iyul-Milli Mətbuat Günü qeyd edildi

21 iyul 2025 | 12:54

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 İyul-Milli Mətbuat Günü ilə bağlı, rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında tədbir keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakmiyyətinin başçısının birinci müavini Seymur Nazarov, mətbuat işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Seymur Nazarov  bildirdi ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti  xalqımızın milli oyanışında yeni səhifə açdı. Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi və mətbuatın inkişafına dövlət qayğısı siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə, Azərbaycan mediasının Vətən Mühraibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müharibə ilə bağlı səsləndirdiyi hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynadığı bildirildi. Mətbuat işçilərini Milli Mətbuat Günü ilə bağlı təbrik edən icra başçısının birinci müavini onlara işlərində müvəffəqiyyətlər arzuladı, bir qrup  mətbuat nümayəndəsinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edildi.

Keçidlər