Goranboyda 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı mütəmadi marifləndirici görüşlər keçirilir
İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklər və Bələdiyyələr tərəfindən yerlərdə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın kəndlərdə icrası, kənd təsərrüfatının inkişafı və qarşıda duran vəzifələrlə bağlı marifləndirici görüşdə rayonda aqrar sektorun mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunur. Görüşlərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi, fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin dəstəklənməsi, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırılır. Görüş zamanı kənd sakinlərinin və təsərrüfat sahiblərinin təklif və müraciətləri dinlənilərək, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılır. Dövlət Proqramından irəli gələn vəzifələrin yerlərdə ardıcıl və səmərəli şəkildə icrasının təmin edilməsi, aqrar sahədə mövcud potensialdan daha geniş istifadə olunması və kənd təsərrüfatının inkişafına yönəlmiş layihələrin dəstəklənməsi istiqamətində tədbirlər bundan sonrada davam etdiriləcək.








