Goranboyda, 2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyasının iclas keçirildi
2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə Goranboy rayon İcra Hakimiyyətində 2025-ci ildə Azərbaycan Respubıikasında kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyasının iclas keçirildi. İclasda, kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərari ilə müəyyən edilmiş tapşırıqların icrası, siyahıya alınma ilə əlaqədar hazırlıq və onun kecirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxa biləcək çətinliklərin operativ surətdə aradan qaldırılması, siyahıya cəlb olunacaq təlimçi- nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məsələr müzakirə olundu.