Goranboyda, “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda kənd təsərrüfatı müşavirəsi keçirildi.
Goranboy RİH-nin inzibati binasının akt zalında, İcra başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafael Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Melorasiya və Su Təsərrüfatı ASC-nin, “MKT İstehsalat Kommersiya” MMC-nin və “Azərpambıq ASK” MMC-nin məsul vəzifəli şəxsləri, rayonda fəaliyyət göstərən aidiyyəti xidmət sahələrinin, pambıq qəbulu və tədarükü məntəqələrinin rəhbərləri və bir qrup istehsalçıların birgə iştirakı ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti”, həmçinin taxılçılıq, tütünçülük, barama və digər kənd təsərrüfatı məhsullarının əkin sahələrinin genişləndirilməsi və bu sahələrdə mövcud problemlərin həlli ilə bağlı kənd təsərrüfatı müşavirəsi keçirildi. Müşavirədə, Goranboy rayonunda ötən məhsul ili ilə müqayisədə pambıq əkini sahələrinin əsas azalma səbəbinin suvarma suyu çatışmazlığı ilə bağlı yaranan mövcud vəziyyətlə əlaqədar olduğu diqqətə çatdırıldı. Ümumilikdə, kənd təsərrüfatının inkişafı və bu istiqamətdə mövcud problemlərin aradan qaldırılnması ilə bağlı, geniş müzakirələr aparıldı, bir qrup kənd təsərrüfatı istehsalçılarının problem və təklifləri dinlənildi.