Goranboyda “2023-cü il-"Heydər Əliyev ili" nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
12 iyun 2023 | 12:11
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy Olimpiya İdman Kompleksində idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında stolüstü tennis üzrə birincilik keçirildi. Gərgin mübarizənin sonunda Təhsil komandasının təmsilçisi Samir Nəcəfov -I yeri, G.GROUP MMC-nin əməkdaşı Vüqar Aslanov -II yeri və Goranboy Gənclər Evi-nin əməkdaşı Elnur Arifzadə -III yeri qazandılar.