Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı “YAP Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib” mövzusunda tədbir keçirildi.

21 noyabr 2023 | 12:34

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon  İcra Hakimiyyəti,  YAP rayon təşkilatı və  bir qrup YAP rayon fəallarının  birgə iştirakı ilə “YAP Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib”  mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirildi. Tədbirdən sonra,  Ümummilli Liderimizin 100 illiyi ilə bağlı, növbəti ağacəkmə aksiyası  keçirildi.

Keçidlər