Goranboyda “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı uşaq festivalı keçirildi.
01 iyun 2023 | 15:36
Goranboy şəhəri şəhid Şamil Quliyev adına 1 nömrəli körpələr evi-uşaq bağçasında “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr olunmuş uşaq festivalı keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, bir qrup ictimai fəal, şəhid ailələri, qazilər, şəhid və qazi övladları və əlaqədar təşkilatların nümayəndələri iştirak etdilər. Uşaqların hazırladığı əl işlərini, şən musiqi və rəqs nümunələrini, maraqlı səhnəcikləri izləyən icra başçısı və deputat onları “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı təbrik edərək gələcək həyatlarında uğurlar arzuladılar.