Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, "Ulu öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının intibahı" mövzusunda dəyirmi masa keçirildi.

04 may 2023 | 11:10

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və İnsan Hüquqları Üzrə Müvəkkil-Ombudsmanın Qərb Regional Mərkəzinin   birgə təşkilatçılığı ilə YAP Goranboy rayon təşkilatının inzibati binasının akt zalında "Ulu öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının intibahı" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə, RİH Başçısının müavini Mirvari Ağamalıyeva, Ombudsmanın Qərb Regional Mərkəzinin   rəhbəri Səbuhi Abbasov, bir qrup YAP rayon fəalları, ziyalılar və gənclər iştirak etdilər.

Keçidlər