Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
18 oktyabr 2023 | 11:14
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı və bir qrup YAP rayon fəallarının iştirakı ilə 18 Oktyabr Müstəqilliyin bərpası günü ilə bağlı “Əbədi və dönməz Müstəqilliyimiz-tarixi nailiyyətimizdir.” mövzusunda konfrans keçirildi.