Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
16 oktyabr 2023 | 14:20
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin, Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bir qrup ictimai fəalların birgə iştirakı ilə Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu, Heydər Əliyev Mərkəzində “Azərbaycanın xilaskarı“ mövzusunda konfrans keçirildi.