Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
26 sentyabr 2023 | 11:17
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası və Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında foto və rəsm sərgiləri nümayiş etdirildi.