Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
06 sentyabr 2023 | 10:29
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti, Hazırəhmədli və Kələk inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bir qrup ictimai fəalların birgə iştirakı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev milli dövlət idarəçiliyinin banisidir.“ mövzusunda konfrans keçirildi.