Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
30 avqust 2023 | 10:38
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Sarov, Yəhərçi Qazaxlar, Muzdurlar və Kəhrizli kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, bir qrup ziyalı və ictimai fəalların birgə iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümumilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə, Ümummilli Liderin xalqına həsr olunmuş mənalı ömür yolu və dövlət idarəçiliyi fəaliyyəti barədə söhbətlər aparıldı.