Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
25 may 2023 | 10:03
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonu üzrə Təhsil sektoru və Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qızılhacılı qəsəbəsində və Düzqışlaq kəndində uşaq musiqi məktəblərinin təqdimatında ədəbi-bədii proqram nümayiş etdirildi.