Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.

10 may 2023 | 09:04

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8-9 sinif şagirdləri arasında 200 nəfərin iştirakı ilə kross yarışı üzrə rayon birinciliyi keçirildi. Yarışın yekun nəticəsinə görə Muzdurlar kənd tam orta məktəbin şagirdi Tanrıverdiyev Pənah I yeri, Goranboy şəhər 3 nömrəli məktəbin şagirdi Məmmədov Toğrul II yeri, Qızılhacılı qəsəbə 1 nömrəli məktəbin şagirdi Paşayev Elnur III yeri qazandı. Qaliblər  diplom, kubok və medallarla təltif olundular.

Keçidlər