Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.

05 may 2023 | 10:37

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasının akt zalında  “Heydər Əliyev: yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur.” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə, RİH-nin başçısı Məhərrəm Quliyev, rayon Ağsaqqallar Şurasının idarə heyəti  və bir qrup rayon ağsaqqalları, ziyalılar, ictimai fəallar iştirak etdilər.

Keçidlər