Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
26 aprel 2023 | 10:05
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonu üzrə Təhsil sektoru və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Parkda kitab sərgisi təşkil edildi.