Goranboyda “2023-cü il – Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
06 aprel 2023 | 12:15
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Səfikürd kəndində fəaliyyət göstərən dövlət idarə, təşkilat və müəssisələrinin əməkdaşları və bir qrup ictimai fəallar Goranboy şəhər mərkəzində, Ümummilli Lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra, “Heydər Əliyev–xalqımızın xilaskarı” mövzusunda konfrans keçirildi. Tədbirdə, RİH-nin məsul vəzifəli əməkdaşları da iştirak etdilər.