Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirləri davam etdirilir.
17 noyabr 2023 | 14:02
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti, Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Nümayəndəliyin ərazisində fəliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının birgə iştirakı ilə Ulu Öndərin rayon mərkəzində ucaldılmış Abidəsi ziyarət olundu, Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edildi.