Goranboyda, "2023-cü il - Heydər Əliyev ili" ilə bağlı mini-futbol üzrə rayon birinciliyinə yekun vuruldu.
Goranboyda "2023-cü il - Heydər Əliyev ili" ilə bağlı, rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə, 25 aprel-09 may tarixlərdə keçirilmiş mini-futbol üzrə rayon birinciliyi sona çatdı. Son qarşılaşmanın nəticəsinə görə qaliblər müəyyənləşdi. Goranboy şəhər 2 saylı məktəbin komandası I yeri, Naftalan şəhər 1 saylı məktəbin komandası II yeri və Faxralı məktəbinin komandası III yeri qazandı. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırıldılar. Xatırladaq ki, yarışa 48 ümümtəhsil məktəbin komandası qatılmışdır.
Final oyunlarının təltif olunma mərasimində Milli Məclisin deputatı Anar Məmmədov və rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov iştirak etdilər.