Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı.” mövzusunda elmi-praktik konfrans keçirildi.

13 sentyabr 2023 | 17:34

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı,  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm  Quliyev,  Milli Məclisin deputatı Ağalar Vəliyev, ümumtəhsil məktəbləri üzrə ali məktəbə daxil olan məzunlar, əlaçı şagirdlər,  təhsildə fərqlənən  müəllimlər, valideynlər  və bir qrup ictimai fəalların birgə iştirakı  ilə  “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı.” mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Dövlət Bayrağı Muzeyində  davam etdirildi. Konfransda çıxış edən İcra Başçısı və Deputat  bildirdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Şagirdləri, məzunları,  müəllimləri və  valideynləri təbrik edən İcra Başçısı və Deputat Ümummilli Liderimiz tərəfindən əsası qoyulan müasir Azərbaycan təhslinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşasını və ya əsaslı təmir-bərpa işlərinin həyata keçirildiyini,  ümumtəhsil məktəblərinin maddi-texniki bazasının müasirləşdirildiyini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılmasi istiqamətlərində davamlı işlərin görüldüyünü diqqətə çatdırdılar.

Tədbirdə,  əlaçı şagirdlər,  tələbə adını  qazanmış  məzunlar və  təhsildə fərqlənən  müəllimlərə RİH Başçısının  Fəxri Fərmanları və deputat  Ağalar Vəliyevin təşəbbüsü ilə qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər