Goranboyda “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, “Heydər Əliyev və Azərbaycan təhsili.“ mövzusunda elmi-praktik konfrans keçirildi.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümümrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Olimpiya İdman Kompleksinin akt zalında, “Heydər Əliyev və Azərbaycan təhsili.“ mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda, rayon İcra Hakimiyyətinin başçısı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Goranboy-Naftalan rayonu üzrə Təhsil Sektorunun müdirləri, YAP rayon təşkilatının sədri, bir qrup təhsil işçisi, şəhid ailələri, qazilər və ictimai fəallar iştirak etdilər. Konfransdan öncə, məktəblilərin təqdimatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı, fləşmob, Ümummilli Liderin rayonumuza tarixi səfərlərini özündə əks etdirən rəsm sərgisi və videoçarx nümayiş etdirildi.
Konfransda şıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Azərbaycan xalqının Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, fenomen Şəxsiyyət Heydər Əliyevin demokratik və sivil dövlət quruculuğu, azərbaycançılıq ideologiyası, milli və mənəvi dəyərlərimizin qorunması, bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafın təmin edilməsi istiqamətlərində gördüyü işlərdən danışdı. Bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisi kimi Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Liderdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca, O da yaşayacaqdır.