Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, “Heydər Əliyev-əsrin adamı” mövzusunda konfrans keçirildi.
13 iyun 2023 | 16:41
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşklatçılığı ilə Goranboy şəhər Mədəniyyət evində “Heydər Əliyev-əsrin adamı” mövzusunda konfrans keçirildi. Konfrans iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Konfransda, RİH-nin başçısı Məhərrəm Quliyev, AMEA-nın Gəncə bölməsinin sədri Akademik Fuad Əliyev, Xalq qəzetinin bölgə müxbiri Hamlet Qasımov, rayonun digər rəhbər şəxsləri, ziyalılar və bir qrup ictimai fəallar iştirak etdilər.