Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda " 2023-cü il - Heydər Əliyev ili " çərçivəsində Polis Günü ilə bağlı tədbir keçirildi.

02 iyul 2023 | 14:37

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident, Ümummilli Lider  Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Goranboy rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri  “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, ehtiramlarını bildirdilər. Heydər Əliyev mərkəzində Ulu Öndərin xalqına həsr olunmuş mənalı həyat yolu və dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini özündə əks etdirən fotostendə baxış keçirildi. Daha sonra tədbir iştirakçıları rayon Polis şöbəsində keçirilən tədbirdə iştirak etdilər.İlk öncə Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi. Tədbirdə rayon Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Keçidlər