Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 2022-ci ildə Ticarət dövriyyəsində artım müşahidə edilmişdir.

12 yanvar 2023 | 09:57
2022-ci ildə əhaliyə pərakəndə ticarət şəbəkələrində 299914100 manat, 2017-ci ilə nisbətən 25,3 faiz çox ərzaq və qeyri-ərzaq malları satılmışdır. 2022-ci ildə pərakəndə ticarət dövriyyəsinin əsas mallar üzrə quruluşunda qeyri-ərzaq malları xüsusi çəkidə çoxluq təşkil etmişdir. Belə ki, rayonun ümumi ticarət dövriyyəsinin 142759100 manat və ya 47,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 157155000 manat və ya ümumi dövriyyənin 52,4 faizini qeyri-ərzaq malları təşkil etməkdədir. 2022-ci ildə topdansatış əmtəə dövriyyəsinin həcmi 22762600 manat olmaqla 2017-ci ilə nisbətən 2,3 dəfə çox olmuşdur.
2022-ci ildə adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1975,8 manat olmaqla 2017-ci ilə nisbətən 229,6 manat və ya 13,4 faiz çox olmuşdur.
Rayonun ümumi pərakəndə ticarət dövriyyəsinin 59982800 manatı və yaxud 20,0 faizi hüquqi, 239931300 manatı və yaxud 80,0 faizi fiziki şəxslərin payına düşür.
2022-ci ildə pərakəndə və topdansatış ticarət şəbəkələrində əmtəə qalığı 49695300 manat təşkil etmiş, bunun da 7255500 manatı və ya 14,6 faizi hüquqi şəxslərin, 42439800 manatı və ya 85,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür.
Keçidlər