Goranboyda 2022-ci ildə Demoqrafik vəziyyət barədə:
14 yanvar 2023 | 10:05
Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür.
İlkin hesablamalara görə, Goranboy rayonunda 2022-ci ilin sonuna əhalinin sayı 106810 nəfər proqnozlaşdırılır. 2017-ci ilə nisbətən müqayisə etsək əhalinin sayı 3549 nəfər artmışdır. Əhalinin 21,3 faizi şəhər yerlərində, 78,7 faizi kənd yerlərində yaşayır.
2022-ci ildə 1592 körpə doğulmuş və 640 nəfər vəfat etmiş, 2017-ci ildə isə bu göstəricilər müvafiq olaraq 3 doğum artmış və 32 ölüm azalmışdır.
2022-ci ildə 704 nikah və 105 boşanma halları qeydə alınmışdır. Bu da 2017-ci illə müqayisədə nikahların sayı 24 nikah çox, boşanma halları isə 5 boşanma az olmuşdur.
İl ərzində rayona gələnlərin sayı 92 nəfər, gedənlərin sayı isə 68 nəfər qeydə alınmışdır.