Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “20 Yanvar–Azərbaycan xalqının şərəf və qürur günüdür” mövzusunda tədbir keçirildi

16 yanvar 2026 | 16:26

Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “20 Yanvar–Azərbaycan Xalqının Şərəf və Qürur Günüdür” mövzusunda tədbir keçirildi. Tədbirdə ziyalılar və rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar iştirak etdilər. Tədbir iştirakçıları öncə, rayon mərkəzində inşa edilmiş “Şəhidlər Xatirə Kompleksi”ni ziyarət etdilər. Mədəniyyət Mərkəzində davam edən tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sərgiyə və videoçarxa baxış keçirildi, mövzu ətrafında çıxışlar dinlənildi.

Keçidlər