Goranboyda "20 oktyabr - Energetiklər Günü" ilə bağlı tədbir keçirildi
20 oktyabr 2026 | 11:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2004-cü ildən etibarən hər il oktyabr ayının 20-si "Energetiklər Günü" qeyd olunur. Energetiklər Günü münasibətilə Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayon Elektrik Şəbəkəsinin və digər idarə,müəssisə, xidmət sahələrinin kollektivləri ilə birlikdə şəhərin mərkəzidə ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər.








