Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “2 fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirildi

01 fevral 2025 | 11:17

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, bir qrup  Şəhid övladlarının, Qazilərin, ağsaqqalların, ziyalıların və gənclərinin  iştirakı ilə, “2 fevral-Azərbaycan Gəncləri Günü” ilə bağlı, Olimpiya İdman Kompleksində tədbir keçirildi. Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində və ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı, həyata keçirilən antiterror əməliyyatlarında gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğuladı. Müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə, Goranboy rayon İcra Hakimiyyəti Başçısının  Fəxri Fərmanları ilə təltif edildilər. Tədbirdə, məktəblilərin ifasında musiqi proqramı nümayiş etdirildi.

Keçidlər