Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “18 oktyabr-Müstəqilliyin Bərpası günü” ilə bağlı, "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda tədbir keçirildi.

18 oktyabr 2024 | 15:50

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy şəhəri Mədəniyyət Evində, “18 oktyabr-Müstəqilliyin Bərpası günü”  ilə əlaqədar  "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir"  mövzusunda tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri  Samir Qocayev, şəhid ailələri və qazilər, rayonun idarə, təşkilat və xidmət sahələrinin rəhbərləri, rayonda fəaliyyət  göstərən mədəniyyət evlərinin kollektivləri və rayon ictimaiyyətinin fəalları iştirak etdilər. Tədbirdə, rayon incəsənət ustalarının təqdimatında konsert  proqramı nümayiş etdirildi.

Keçidlər