Goranboyda “15 iyun Milli Qurtuluş Günü” ilə bağlı Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu
15 iyun 2025 | 11:03
Azərbaycan xalqının dahi oğlu, Fenomen Şəxsiyyət, Müasir və Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi, “15 iyun Milli Qurtuluş Günü” ilə bağlı, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev, “Xalq” qəzetinin bölgə müxbiri, Əməkdar jurnalist Hamlet Qasımov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin fəalları, ağsaqqallar və ziyalılar tərəfindən ziyarət olundu.








